Videos by Rustam Shafagatov
Şəfaqətov Rüstəm Şahvələd oölu tərəfindən təqdim edilmiş "Azərbaycanda Elektron Təhsil: Gələcəyə ... more Şəfaqətov Rüstəm Şahvələd oölu tərəfindən təqdim edilmiş "Azərbaycanda Elektron Təhsil: Gələcəyə baxış" məruzəsi eyni adlı məqalənin prezentasiya vasitəsi ilə təqdim edilməsi və konfrans iştirakçıları ilə birgə müzakirəsinin videoçəkilişi 3 views
Papers by Rustam Shafagatov
Azərbaycanda Alternativ Və Bərpaolunan Enerji Mənbələrinin Mənimsənilməsi Perspektivləri Prospects of Alternative and Renewable Energy Sources Mastering in Azerbaijan
University Library of Munich, Germany, 2014
AICT-2011, 2011
Bu məqalədə süni intellekt sferasında aparılmaqda olan elmi tədqiqatın hazırki mərhələs ində əldə... more Bu məqalədə süni intellekt sferasında aparılmaqda olan elmi tədqiqatın hazırki mərhələs ində əldə edilmiş nəticələr, insan beyninin prototipinin yaradılmasına yeni baxış və intellektin mümkün yeni quruluş sxemi təklif edilmişdir. Detallara varılmadan əsas prinsipial nöqtələr izah edilmiş, hazırlanmaqda olan kompüter proqram təminatının quruluşu və mümkün süni intellekt elementlərindən bəziləri haqda qısa anlayış verilmişdir. Əsas diqqət qərar qəbul edilməsi prossesinin elektron variantının hazırlanmasına yetirilmişdir.
Modern Trends in Physics, 2019
Issues of economic problem solving of renewable energy sources acquisition Şəfaqətov Rüstəm Şahvə... more Issues of economic problem solving of renewable energy sources acquisition Şəfaqətov Rüstəm Şahvələd oğlu və Məhərrəmov Amil Məmmədəli oğlu tərəfindən hazırlanmış bu məqalə 2019-ci ildə keçirilmiş "Modern Trends in Physics " Beynəlxalq konfransın materialları sırasında dərc edilmişdir. Məqalənin xülasəsi aşağıdakı kimidir:

Modern Trends in Physics , 2019
Within the framework of the game theory, models for mathematical substantiation of the scientific... more Within the framework of the game theory, models for mathematical substantiation of the scientific and economic approaches to these topical issues describing the profitability of the use of energy sources in the housing and business complex and in the production sectors are being built. Some perspectives of the use of these models in the regulation of tariffs for the above types of communal-housing and industrial services in the conditions of monopoly for these services (the 'product') are given. The strategies of the consumer and producer are studied in detail for adjusting the tariff with the amount of consumed 'products'. The tariff issues are analyzed taking into account the interests of the consumer and the manufacturer of these products. Discussions are held on the results of the study and ways of prospective studies on these topics are given and the geography of the application of research results to price adjustments and consumed 'products' under conditions of a transition period and inflation is indicated.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaradılmasının 10 illiyinə həsr olunmuş Beynəlxalq konfransın materialları , 2015
Dinamik inkişafda olan dunya birliyi olkələrinin qarşısında duran ən muhim məsələlərdən biri kimi... more Dinamik inkişafda olan dunya birliyi olkələrinin qarşısında duran ən muhim məsələlərdən biri kimi əhalinin və sənayenin artan enerji təminatının odənilməsi ucun Azərbaycan Respublikasının coğrafi movqeyi, təbii şəraitinin xususiyyətləri və movcud sosial-iqtisadi resursları olkəmizin alternativ və bərpa olunan enerji mənbələrinin mənimsənilməsinə geniş şərait yaradır. Mumkun potensial imkanların duzgun qiymətləndirilməsi və onlardan səmərəli istifadə yollarının axtarılıb tapılması və bu zaman coxvariantlı həllərdən optimalının secilməsi, habelə real həyatda maksimal effektivliklə tətbiqi davamlı inkişafın vacib şaxəsi olan bu sfera uzrə uzunmuddətli nəticələr əldə etməyə imkan verə bilər. Xususilə, muxtəlif alternativ enerji mənbələrinin hibrid halında birgə istifadəsi imkanlarının araşdırılması bolgələrdə murəkkəb əlcatanlığı olan ərazilərin davamlı olaraq enerji ilə təmin edilməsi ucun muhim əhəmiyyət kəsb edir [3, s. 18]. Digər tərəfdən adətən avtonom rejimdə calışan belə qurğuların muxtəlif iqlim şəraitinə uyğunlaşdırılmış olması texniki baxımdan kəsintisiz enerji əldə edilməsi deməkdir. Bundan əlavə, optimal birgə istismarı əsaslandırılmış olan alternativ enerji mənbələri uzrə ixtisaslaşdırılmış enerji parklarının yaradılması olkə uzrə umumi enerji istehsalında bərpa olunan enerji resurslarından əldə edilmiş enerji miqdarını kəmiyyətcə artırmaqla yanaşı alternativ enerji mənbələrindən alınan enerji uzrə qiymətlərin də maya dəyərinin enməsinə səbəb ola bilər. Bu isə alternativ enerjinin sənaye formasında istehsalına boyuk zəmin yaradır və potensial investorların bu sahəyə cəlb edilməsi ucun iqtisadi muhitin formalaşdırılması mexanizminin tərkib hissəsi kimi cıxış edə bilir. Olkəmizdə alternativ və bərpa olunan enerji mənbələri uzrə qurğu və avadanlıqların idxalının gomruk rusumundan azad edilmiş olması da yaxın beşillikdə sahibkarlıq fəaliyyəti subyektlərinin kapital yatırımlarının artıracağının proqnozlaşdırılmasına imkan verir. Butun bunlar dovlətin bu sferaya olan diqqətinin gostəricisidir və bu cur stimullaşdırıcı tədbirlərin davam etdirilməsi zaman baxımından cox əhəmiyyətlidir. Lakin, vahid enerji paylama və satışı sisteminə malik olan olkəmizdə alternativ enerji istehsalı hələ də cox aşağı səviyyədədir və umumi şəbəkəyə oturulməklə alternativ enerji istehsalına sahibkarlar həvəssiz yanaşır, əksər hallarda biznes məhsulu olaraq avtonom sistemlərə ustunluk verirlər. Buna gorə də bərpa olunan enerji resurslarının mənimsənilməsini vacib dovlət siyasəti kimi qarşıya qoymuş Azərbaycan hokumətinin bu sahədə investisiya muhitinin yaxşılaşdırılması ucun islahatları davam etdirərək dərinləşdirməsi və psixoloji faktorlar da nəzərə alınmaqla alternativ enerji vasitələrinin və umumilikdə yaşıl texnologiyaların insanların gundəlik həyatına daxil olub adi hal alması ucun aparılmaqda olan dovlət siyasətini təkmilləşdirməsi qarşıda duran ən zəruri vəzifələrdən biri olaraq ortaya cıxır. Bu sahədə imkanlar və resurslar boldur, texnoloji yeniliklərin tətbiqi ucun innovativ sahələr genişdir və gorulməli olan işlər cox, kecilməli olan yol boyukdur. Movcud alternativ və bərpa olunan enerji resurslarının duzgun qiymətləndirilməsi bu işdə uğurlu başlanğıc ola bilər.

“Heydər Əliyev Azərbaycanın Milli Dövlətçilik Siyasətinin banisidir” mövzusunda doktorant və dissertantların Elmi Konfransının materialları, 2014
Qloballaşan dünyada yeni keyfiyyətə malik iqtisadi transformasiya baş verməkdədir. Bu sistem tran... more Qloballaşan dünyada yeni keyfiyyətə malik iqtisadi transformasiya baş verməkdədir. Bu sistem transformasiyası deyil, iqtisadi tərəqqi naminə əvvəllər istifadə olunmayan təbii resurslara fərqli yöndən yanaşmanı təmin edən, ekoloji tarazlığı qorumaqla tükənən resurslardan bərpaolunan resurslara yönlənmiş davamlı inkişaf yoluna keçid deməkdir. Ölkənin coğrafi mövqeyi və iqlim şəraiti bu baxımdan həlledici rol oynayır. Cəmiyyətin ən böyük tələbatlarından biri olan enerji, onun əldə edilməsi və istismarı yollarının təkmilləşdirilməsi burada başlıca məqsəd olaraq çıxış edir. Hər bir ölkə var olan potensialının xüsusiyyətlərindən asılı olaraq bu məqsədə çatmaq üçün ən səmərəli yolu seçməyə çalışır. Məsələn, Yaponiya təbii resurslarının çox az olduğu bir şəraitdə, elmi potensialının üstünlüklərindən maksimal faydalanmağa çalışır. Bu ölkədə nəinki enerjinin əldə olunması, həm də enerjinin səmərəli istifadəsi də mühim əhəmiyyət kəsb edir. Nümunə üçün demək mümkündür ki, Cənubi Koreya və Yaponiya kimi ölkələr daha çox qənaətcil hibrid və ya yalnız elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına keçir.

Doktorantların və dissertantların XVII Respublika Elmi Konfransı, 2013
İqtisadi inkişaf müxtəlif növ enerjiyə təlabatın artması ilə müşayət olunur. Artan tələbat isə en... more İqtisadi inkişaf müxtəlif növ enerjiyə təlabatın artması ilə müşayət olunur. Artan tələbat isə energetika iqtisadiyyatının tükənən enerji mənbələrindən bərpaolunan enerji mənbələrinə yönəlməsini zəruri edir. Bu gün alternative energetikanın geniş tətbiqi davmlı inkişafın təminatı üçün vacib xarakter daşıyır. Alternativ enerji mənbələrinin mənimsənilməsi ümumi energetikada artım tempi göstərsə də hazırda atom və istilik elektrik stansiyaları dünya üzrə əsas enerji mənbələri olaraq qalmaqdadır. Lakin, Çernobıl faciəsi və Fukusima-1 AES hadisələri atom elektrik stansiyalarında baş verə biləcək nöqsanların nə qədər böyük fəsadlar doğura biləcəyini açıq şəkildə ortaya qoydu. Atom elektrik stansiyaları həm özü-özlüyndə təhlükəlidir, üstəlik günbəgün artan beynəlxalq terror təhlükəsi faciəvi itkilərin təsəvvür edilə biləcəyindən çox-çox böyük ola biləcəyi məsələsini daha qabarıq formada qarşıya çıxarır. Digər tərəfdən atom elektrik stansiyalarının fəaliyyəti nəticəsində yaranan radioaktiv tullantıların tam zərərsizləşdirilməsi problem heç də həllini tapmamış məsələlərdəndir. Istilik elektrik stansiyalarında sərf olunan faydalı qazıntılar isə həm tükənəndir, həm də yandırılan torf, təbii qaz və neft məhsulları ətraf mühitə həddən artıq mənfi təsir göstərir. Bütün sadalananlar bərpa olunan enerji mənbələrinin mənimsənilməsinin vacibliyini göstərir və bu vaciblik hər ötən gün daha ciddi xarakter alır.
“Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının banisidir” mövzusunda doktorant və dissertantların Elmi Konfransının materialları, 2013
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi iqtisadi sa... more 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi iqtisadi sahədə də öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət yürütməyə başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formalarına əsaslanan bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik əldə olunduğu ilk vaxtlarda əvvəllər İttifaq daxilində həyata keçirilən iqtisadi siyasətin ləğvi, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyin pozulması nəticəsində 90-cı illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu prosses getdikcə dərinləşərək xroniki səciyyə almışdır.
Hereby in this article, the problems of developing and maintaining main alternative energy source... more Hereby in this article, the problems of developing and maintaining main alternative energy sources were researched by
the means of economic risks. As of the basic goal to get profit for any entrepreneurship, economic risks and their solution
possibilities are main borders in the development of alternative energy resources, and for any government existence of risk
issues are the factors in the decision making. At the end of current article as a conclusion there are given common risks
solution suggestions.

İqtisadi inkişaf müxtəlif növ enerjiyə tələbatın artması ilə müşayət olunur. Davamlı iqtisadi ink... more İqtisadi inkişaf müxtəlif növ enerjiyə tələbatın artması ilə müşayət olunur. Davamlı iqtisadi inkişafı xarakterizə edən əsas amillərdən biri də ölkə üzrə enerji istehsalı və istehlakı ilə əlaqədar olan göstəricilərdir. Bu göstəricilər ölkə ərazisində adambaşına düşən enerji istehsalı və istehlakına dair ümumi məlumatlar, ən başlıcası və əhəmiyyətlisi isə bərpa olunan, tükənməyən enerjinin (günəş, külək, yeraltı termal sular, dəniz və okean sularının qabarma və çəkilməsi zaman yaranan enerji, bioqaz, bitkilərdən alınan spirt və bitki yağları və s.) ölkə üzrə istehsal olunan ümumi enerjinin neçə faizini təşkil etməsini əks etdirir. Dünyanın ayrı-ayrı ölkələrində bərpa olunan enerji mənbəələrindən istifadə bir-birindən xeyli fərqlənir. Alternativ enerjinin ümumi istehsal olunan enerjidə payı ABŞ-da 3.6%, Avstraliyada 3.7%, Fransada 4.7%, Kanadada 4.6%, Finlandiyada isə 6.2%-dir. Bu əsrin əvvəllərindən etibarən Azərbaycan da diqqətini alternativ enerji resurslarına yönəldib. Azərbaycanda, xüsusilə Abşeron yarımadasında, günəşli və küləkli günlərin sayı və küləyin sürəti alternativ enerji istehsalı üçün çox əlverişli olduğuna görə geniş perspektivlər vəd edir və bu ərazinin imkanlarının daha dərindən öyrənilməsini tələb edir. Statistikaya görə Abşeron yarımadasında ilin 240-260 günü küləkli keçir. Yerli iqlimin məhz bu xüsusiyyətinə görə Abşeron yarımadası külək enerjisindən istifadə üçün ideal məkan sayılır. Bakının “küləklər şəhəri” adlandırıldığını nəzərə alsaq alternativ enerji istehsalı üçün daimi və təbii xammal probleminin olmayacağını demək mümkündür. Bunu nəzərə alaraq, hazırda, Abşeron yarımadasında və ona bitişik ərazilərdə alternativ enerji istehsalına dair xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilir.

Son 20 il ərzində elm və texnologiyanın dinamik inkişafı və texnoloji yeniliklərin ictimai həyatı... more Son 20 il ərzində elm və texnologiyanın dinamik inkişafı və texnoloji yeniliklərin ictimai həyatın müxtəlif sahələrinə adaptiv tətbiqi təhsil sferasından da yan keçməmişdir. Üstün innovativ texnologiyaların davamlı tədris prossesinə daxil edilməsindən alınan pozitiv nəticələr bir çox qərb dövlətlərinin təhsil sisteminin potensial texnoloji bazasını təşkil etməyə başlamışdır. Elektron təhsil texnologiyalarının tətbiqi ibtidai təhsildən tutmuş akademik pillənin ən yuxarı səviyyəsinədək nüfuz etməklə hər bir sıravi vətəndaşın şüuraltı səviyyədə qəbul edəcəyi şəkildə prioritet elementə çevrilmişdir. Dövlət idarəçiliyinin elektron formaya transformasiyası, vətəndaş və dövlət əlaqələrinin elektronlaşdırılması, kağızsız (elektron) sənəd dövriyyəsinin tətbiqi nəinki dövlət qulluqçularının, həm də adi vətəndaşların texnoloji vasitələrdən istifadə edə bilmə biliklərinə yiyələnməsini zəruri etmişdir

“Heydər Əliyev Azərbaycanın Milli Dövlətçilik Siyasətinin banisidir” mövzusunda doktorant və dissertantların Elmi Konfransının materialları, 2014
Qloballaşan dünyada yeni keyfiyyətə malik iqtisadi transformasiya baş verməkdədir. Bu sistem tran... more Qloballaşan dünyada yeni keyfiyyətə malik iqtisadi transformasiya baş verməkdədir. Bu sistem transformasiyası deyil, iqtisadi tərəqqi naminə əvvəllər istifadə olunmayan təbii resurslara fərqli yöndən yanaşmanı təmin edən, ekoloji tarazlığı qorumaqla tükənən resurslardan bərpaolunan resurslara yönlənmiş davamlı inkişaf yoluna keçid deməkdir. Ölkənin coğrafi mövqeyi və iqlim şəraiti bu baxımdan həlledici rol oynayır. Cəmiyyətin ən böyük tələbatlarından biri olan enerji, onun əldə edilməsi və istismarı yollarının təkmilləşdirilməsi burada başlıca məqsəd olaraq çıxış edir. Hər bir ölkə var olan potensialının xüsusiyyətlərindən asılı olaraq bu məqsədə çatmaq üçün ən səmərəli yolu seçməyə çalışır. Məsələn, Yaponiya təbii resurslarının çox az olduğu bir şəraitdə, elmi potensialının üstünlüklərindən maksimal faydalanmağa çalışır. Bu ölkədə nəinki enerjinin əldə olunması, həm də enerjinin səmərəli istifadəsi də mühim əhəmiyyət kəsb edir. Nümunə üçün demək mümkündür ki, Cənubi Koreya və Yaponiya kimi ölkələr daha çox qənaətcil hibrid və ya yalnız elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına keçir.
Our goal is to create a fully brain simulation software, what will have ability to recognize “fr... more Our goal is to create a fully brain simulation software, what will have ability to recognize “friend or foe”, to learn languages, to “think” about the ways of solving problems, always having selections to choose optimal solutions, even to joke, feel boring etc.
İqtisad elminin yaranması, inkişafı və formalaşdırılması nəticəsində Beynəlxalq iqtisadi münasibə... more İqtisad elminin yaranması, inkişafı və formalaşdırılması nəticəsində Beynəlxalq iqtisadi münasibətlər (BİM) müstəqil nəzəri-təcrübi və tətbiqi elm kimi təşəkkül tapmış, onun obyekti və əhatə dairəsi genişlənmiş, tədqiqat mexanizmi təkmilləşmişdir.
Bir elm sahəsi kimi BİM iqtisadiyyatın və siyasətin qarşılıqlı əlaqəsini, beynəlxalq iqtisadi münasibətlərin əsas formalarını və qanunauyğunluqlarını öyrənir. Onun əsas məqsədi dünya ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri öyrənmək, onlrın müsir şəraitində spesifik xüsusiyyətləri və təzahür formaları haqqında tələbələrə lazımi biliklər çatdırmaq, vahid bir sitem kimi dünya təsərrüfatında baş verən prosesləri və meylləri müəyyən etmək və araşdırmaqdan ibarətdir.

Mənbələrinin Mənimsənilməsi Perspektivləri" mövzusundakı məqalədə əsas alternativ və bərpa olunan... more Mənbələrinin Mənimsənilməsi Perspektivləri" mövzusundakı məqalədə əsas alternativ və bərpa olunan enerji mənbələrinin istismarının müxtəlif amillər üzrə Azərbaycan üçün iqtisadi qiymətləndirilməsi aparılmış və tədqiqatın nəticəsinə əsaslanaraq praktiki təkliflər irəli sürülmüşdür. Bu cür araşdırma Azərbaycan üçün ilk dəfədir aparılır və belə bir tədqiqatın aparılması üçün daha əvvəllər əldə edilmiş elmi nəticələrə əsaslanmaq zəruridir. Alternativ energetika üzrə qabaqcıl dünya təcrübəsi keçmiş ölkələrdə bu mərhələ xüsusi önəm daşımış və sonrakı addımlar məhz bu tipli araşdırmaların nəticələri əsasında müəyyən olunmuşdur. Ölkənin hazırki iqtisadi inkişaf səviyyəsi, coğrafi şəraiti, kadr potensialı, resurslardan istifadənin səmərəliliyi, investisya tutumluluğu və verimliliyi, habelə risk faktorları və aidiyyatı sahənin gələcəkdə təkmilləşdirilməsi imkanları da nəzərə alınmaqla irəli sürülən təkliflərin idarəetmə baxımından potensial üstün və zəif cəhətləri göstərilmişdir.
Practical Artificial Brain's Structural Concepts
Teaching Documents by Rustam Shafagatov
Программа по микроэкономике, 2021
Программа по микроэкономике (для бакалавриата - 60 часов) на русском языке
Mikroiqtisadiyyat fənni üzrə Proqram, 2021
Mikroiqtisadiyyat fənni üzrə Proqram (Bakalavr səviyyəsi üçün - 60 saat) Azərbaycan dilində
Books by Rustam Shafagatov

Rustam Shafagatov, 2021
Post müasir dövrün tələblərinə uyğun olaraq inkişafın növbəti mərhələsi olaraq Azərbaycanda “ağıl... more Post müasir dövrün tələblərinə uyğun olaraq inkişafın növbəti mərhələsi olaraq Azərbaycanda “ağıllı kənd” layihələri üzrə planlar hazırlamağa başlamışdır. Bu barədə 28 oktyabr 2018-ci il tarixində Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında prezident İlham Əliyevə məlumat verilmişdir. Azərbaycanın işğal altında qalan ərazilərinin 2020-ci ildə 44 günlük müharibənin yekununda azad edilməsi ilə bu prosses daha da genişlənmişdir. Hazırda Zəngilan rayonunun Üçüncü Ağalı kəndinin pilot layihə üzrə “smart kənd” şəklində yenidən qurulmasına başlanılmasına başlanılmışdır. Lakin, həyata keçirilən layihələrin ən əsas zəif tərəfi bu günə hesablanması və gələcək inkişaf üçün potensialın nəzərə alınmamasıdır. Azərbaycan “smart layihələr” sahəsində hələ yenicə addımlar atan bir ölkə olaraq daha irəli gələcəyi düşünərək mövcud tendensiyaları nəzərə alaraq təkmilləşdirmə bazası yaradaraq davranmalıdır. Bu inkişaf prinsipinin dominantlığı hələ 1995-ci ildə Heydər Əliyev tərəfindən irəli sürülmüş “geriləmə ilə inkişaf” xəttinə də uyğundur. Təklif olunan cari konsepsiyada bütün bunlar nəzərə alınmışdır.
Qısa müddətdə tarixi Şuşa şəhərinin, Ağoğlan qəsəbəsinin, Füzuli şəhərinin Baş Planının ilkin variantının hazır olması göstərir ki, təkcə kəndlərin “ağıllı kənd” prinsipi ilə deyil, tamamiylə dağıdılmış Azərbaycan şəhərlərinin də “ağıllı şəhər” prinsipi ilə yenidən qurulmasına qərar verilmişdir. Azərbaycanın tutmuş olduğu liderlik yolu və elm, texnologiya, sosial xidmətlərin təşkili, iqtisadiyyatın təşkili, alternativ mənbələrdən alınan enerjiyə keçid və enerji səmərəliliyi, ümumilikdə dövlətin fəaliyyətinin effektiv həyata keçirilməsinin bütün əsas sahələrində davamlı və inklüziv inkişafı təmin etməklə qabaqcıl ölkələrə çatmaq və ötmək siyasəti növbəti mərhələdə dövrün bütün çağırışlarına adekvat cavab verə bilən adaptiv inkişafı zəruri edir. Təqdim olunan “Smart Azərbaycan” konsepsiyası imkanlar, təhdidlər, risklər və gözləntilər də nəzərə alınmaqla mövcud resurslardan istifadənin rasionallığı baxımından Azərbaycan üçün müstəsna əhəmiyyətli innovativ dövlət idarəçilyi və vətəndaşların üst mərhələ yaşayış tərzinə keçid üçün əhəmiyyətli çərçivə sənədi hesab oluna bilər.
Uploads
Videos by Rustam Shafagatov
Papers by Rustam Shafagatov
the means of economic risks. As of the basic goal to get profit for any entrepreneurship, economic risks and their solution
possibilities are main borders in the development of alternative energy resources, and for any government existence of risk
issues are the factors in the decision making. At the end of current article as a conclusion there are given common risks
solution suggestions.
Bir elm sahəsi kimi BİM iqtisadiyyatın və siyasətin qarşılıqlı əlaqəsini, beynəlxalq iqtisadi münasibətlərin əsas formalarını və qanunauyğunluqlarını öyrənir. Onun əsas məqsədi dünya ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri öyrənmək, onlrın müsir şəraitində spesifik xüsusiyyətləri və təzahür formaları haqqında tələbələrə lazımi biliklər çatdırmaq, vahid bir sitem kimi dünya təsərrüfatında baş verən prosesləri və meylləri müəyyən etmək və araşdırmaqdan ibarətdir.
Teaching Documents by Rustam Shafagatov
Books by Rustam Shafagatov
Qısa müddətdə tarixi Şuşa şəhərinin, Ağoğlan qəsəbəsinin, Füzuli şəhərinin Baş Planının ilkin variantının hazır olması göstərir ki, təkcə kəndlərin “ağıllı kənd” prinsipi ilə deyil, tamamiylə dağıdılmış Azərbaycan şəhərlərinin də “ağıllı şəhər” prinsipi ilə yenidən qurulmasına qərar verilmişdir. Azərbaycanın tutmuş olduğu liderlik yolu və elm, texnologiya, sosial xidmətlərin təşkili, iqtisadiyyatın təşkili, alternativ mənbələrdən alınan enerjiyə keçid və enerji səmərəliliyi, ümumilikdə dövlətin fəaliyyətinin effektiv həyata keçirilməsinin bütün əsas sahələrində davamlı və inklüziv inkişafı təmin etməklə qabaqcıl ölkələrə çatmaq və ötmək siyasəti növbəti mərhələdə dövrün bütün çağırışlarına adekvat cavab verə bilən adaptiv inkişafı zəruri edir. Təqdim olunan “Smart Azərbaycan” konsepsiyası imkanlar, təhdidlər, risklər və gözləntilər də nəzərə alınmaqla mövcud resurslardan istifadənin rasionallığı baxımından Azərbaycan üçün müstəsna əhəmiyyətli innovativ dövlət idarəçilyi və vətəndaşların üst mərhələ yaşayış tərzinə keçid üçün əhəmiyyətli çərçivə sənədi hesab oluna bilər.