Papers by Yadigar Imamverdiyev
Informasiya cəmiyyəti problemləri, Jul 23, 2019
Bitkoin kriptovalyutasını dəstəkləmək üçün yaradılmış blokçeyn texnologiyasının potensialı daha b... more Bitkoin kriptovalyutasını dəstəkləmək üçün yaradılmış blokçeyn texnologiyasının potensialı daha böyükdür və digər tətbiq sahələrində də geniş imkanlar təqdim edir. Blokçeyn texnologiyası rəqəmsal tranzaksiyaların paylanmış, təhlükəsiz və etibarlı emalını təmin edir. Son dövrlər blokçeyn texnologiyası geniş tədqiq olunmağa başlayır, lakin həm tədqiqatçılar, həm də texnologiyalar sahəsində əksər qərar qəbul edənlər arasında bu texnologiyanın əsl potensialı haqqında düzgün təsəvvür yoxdur. Bu işdə blokçeyn texnologiyasının komponentləri analiz edilir, müxtəlif sahələrdə tətbiqi təcrübələri təhlil edilir və bu texnologiyanın inkişafı üçün həll edilməsi vacib problemlər müəyyən edilir, gələcək tədqiqat istiqamətləri göstərilir.

Problems of Information Society, 2021
Məqalə neft-qaz sənayesinin Industry 4.0 texnologiyalarına keçidi zamanı meydana çıxan problemlər... more Məqalə neft-qaz sənayesinin Industry 4.0 texnologiyalarına keçidi zamanı meydana çıxan problemlərin analizinə həsr olunub. Neft-qaz şirkətləri karbohidrogen ehtiyatlarının strukturunun pisləşməsi, enerji resurslarının qiymətinin dəyişkənliyi və kəskin ucuzlaşması şəraitində rəqabət üstünlüyünü qorumaq üçün Industry 4.0 texnologiyalarının tətbiqinə ümid edirlər. Neft-qaz şirkətləri müxtəlif proseslərin optimallaşdırılması üçün Əşyaların İnterneti, bulud hesablamaları, süni intellekt kimi texnologiyaları xeyli müddətdir ki, tətbiq edirlər. Industry 4.0-ın üstün cəhəti, həm də mövcud texnologiyaları bir sistemdə inteqrasiya etməsi və bunun əsasında daha yüksək sinerji təmin etməsidir. Industry 4.0 yanaşması əsasında belə vahid sistemin formalaşdırılmasını hədəfləyən “Neft və Qaz 4.0” konsepsiyası son 2-3 ildə şirkətlərin gündəliyinə daxil olmuşdur. “Neft və qaz 4.0” konsepsiyasının formalaşdırılması hələlik ilkin mərhələdədir və böyük diqqət çəksə də, onun neft və qaz əməliyyatlarına d...
İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransının materialları, 2019
The paper provides a survey of privacy preserving data mining methods, including deep learning. I... more The paper provides a survey of privacy preserving data mining methods, including deep learning. In recent decades, personal data has become one of the main goals of cybercriminals, and despite measures to ensure confidentiality of data, data mining methods allow to extract sensitive information about individuals. To counter this privacy threat, numerous modifications to traditional data mining methods have been proposed that work with sensitive personal data. This study analyzes the use of deep learning methods for privacy preserving, as well as the problems that arise when combining deep learning methods with differential privacy, secure multiparty computing and homomorphic encryption methods.

Problems of Information Technology, 2021
Sənaye idarəetmə sistemləri (SİS) elektrik istehsalı və təchizatı, içməli su təchizatı, neft və n... more Sənaye idarəetmə sistemləri (SİS) elektrik istehsalı və təchizatı, içməli su təchizatı, neft və neft-kimya, nüvə enerjisi, nəqliyyat sistemləri, dəmir yolu və metro sistemlərində idarəetmə və monitorinq üçün geniş istifadə olunurlar. Onlar bu kritik milli infrastrukturlarda əməliyyatların beyni və onurğa sütunudur. Kritik infrastrukturların işinin pozulması cəmiyyətə sürətlə və getdikcə kəskinləşən təsir göstərə bilər və bu təsiri kritik infrastrukturlar arasında yüksək dərəcədə qarşılıqlı asılılıq daha da ağırlaşdırır. 2009-cu ildə aşkarlanmış Stuxnet zərərli proqramı SİS kibertəhlükəsizliyinin reallığını və ciddiliyini göstərdi. Industry 4.0 konsepsiyasının geniş tətbiqi ilə əlaqədar SİS-lərin kibertəhlükəsizliyi xüsusi aktuallıq kəsb edir. Məqalədə SİS-lərin mahiyyəti və komponentləri barədə qısa məlumat verilir və onların kibertəhlükəsizliyinin müasir vəziyyətinin qısa analizi aparılır. SİS-lərin kibertəhlükəsizliyinin qiymətləndirilməsi üzrə tədqiqatlar risklərin idarə edilməsi...

Problems of Information Technology, 2019
E-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsində iştirak edən aktorların (dövlət təşkil... more E-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsində iştirak edən aktorların (dövlət təşkilatları, özəl sektor, ictimai təşkilatlar və vətəndaşlar) fəaliyyətinin effektiv koordinasiyası aktorlar arasında vaxtında və keyfiyyətli informasiya mübadiləsindən birbaşa asılıdır. Buna görə müvafiq informasiya axınlarının topoloji strukturunu əsas götürməklə və onun analizini aparmaqla koordinasiya sisteminin reinjinerinqini həyata keçirmək və onun iş effektivliyini yüksəltmək mümkündür. Bu məqsədlə təqdim olunan məqalədə e-dövlətin informasiya təhlükəsizliyi üzrə koordinasiya sistemini modelləşdirmək üçün sistem iyerarxik dördsəviyyəli struktura dekompozisiya edilir və onun multi-agent şəbəkə modeli qurulur. Baxılan koordinasiya sisteminın operativliyinin və effektivliyinin qiymətləndirilməsi üçün bu şəbəkə modeli əsasında koordinasiya sisteminin iyerarxiklik indeksi, inersiya dərəcəsi və bir sıra digər indekslər təklif edilir.

Problems of Information Society, 2021
Geoinformasiya sistemləri (GİS) informasiya texnologiyalarının ən sürətlə inkişaf edən istiqamətl... more Geoinformasiya sistemləri (GİS) informasiya texnologiyalarının ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. GİS texnologiyaları kartoqrafik və tematik informasiyanı uzlaşdırılmış vahid strukturda inteqrasiya etməyə və geniş məsələlər sinfi üçün çoxsəviyyəli, əyani həllərin operativ işlənməsini təmin etməyə imkan verir. Dövriyyədə olan məlumatların ümumi tərkibində məkanla bağlı məlumatlar üstünlük təşkil edir, həm də onların həcmi və generasiya sürəti hər il bir neçə tərtib artır, buna görə ixtiyari geoverilənlərin emalı üçün Big data əsasında tamamilə yeni modellər və metodlar tələb edilir. Məqalədə GİS-lərin müasir vəziyyətinin qısa analizi aparılır və Big data metodları əsasında onların inkişafının perspektiv istiqamətlərinə baxılır. Geoinformasiya sistemlərinin mahiyyəti, onların strukturu və GİS-də informasiyanın analizi barədə qısa məlumat verilir. İntellektual geosensorlar şəbəkəsindən daxil olan məkan-zaman verilənlərini real zamanda emal etməyə qadir olan geoinformasi...

Big Data, 2018
In this article, the application of the deep learning method based on Gaussian-Bernoulli type res... more In this article, the application of the deep learning method based on Gaussian-Bernoulli type restricted Boltzmann machine (RBM) to the detection of denial of service (DoS) attacks is considered. To increase the DoS attack detection accuracy, seven additional layers are added between the visible and the hidden layers of the RBM. Accurate results in DoS attack detection are obtained by optimization of the hyperparameters of the proposed deep RBM model. The form of the RBM that allows application of the continuous data is used. In this type of RBM, the probability distribution of the visible layer is replaced by a Gaussian distribution. Comparative analysis of the accuracy of the proposed method with Bernoulli-Bernoulli RBM, Gaussian-Bernoulli RBM, deep belief network type deep learning methods on DoS attack detection is provided. Detection accuracy of the methods is verified on the NSL-KDD data set. Higher accuracy from the proposed multilayer deep Gaussian-Bernoulli type RBM is obtained.
PROBLEMS OF INFORMATION SECURITY CULTURE IN E-GOVERNMENT ENVIRONMENT (azerb.)
History matching of petroleum reservoirs using deep neural networks
Intelligent Systems with Applications
Analysis of the Demographic Situation in the Republic of Azerbaijan: Challenges and Opportunities for the Country
Electronic Government, an International Journal
Application of Extreme Learning Machine to Reservoir Proxy Modeling
Environmental Modeling & Assessment
Problems of Information Society, 2017
Digital libraries are complex information systems, which provide online library and information s... more Digital libraries are complex information systems, which provide online library and information services, and ensuring information security and personal data protection are important for such systems. This paper proposes IDEA4SP-model for the analysis of information security problems in digital libraries, and structures the actual problems by the levels of this model. Moreover, it analyzes the technological approaches to ensuring personal data security and intellectual property protection in digital libraries.
МЕТОД ОБЪЕДИНЕНИЯ РЕШЕНИЙ КЛАССИФИКАТОРОВ ДЛЯ ЗАДАЧИ РАСПОЗНАВАНИЯ ДИКТОРА
Информатика, Sep 25, 2016

Problems of Information Society, 2020
Hazırda dünya bu əsrin ən pis pandemiyalarından birini yaşayır. Bu dövrdə kibertəhlükəsizlik daha... more Hazırda dünya bu əsrin ən pis pandemiyalarından birini yaşayır. Bu dövrdə kibertəhlükəsizlik daha böyük əhəmiyyət qazanır, çünki pandemiya zamanı kibermühit bədniyyətli aktorlar üçün olduqca əlverişlidir. Cəmiyyət bu pandemiya zamanı kiberhücumların böyük artımı ilə qarşılaşır. Bu məqalədə COVID-19 pandemiyası zamanı kibertəhlükəsizlik təhdidlərinin ümumi mənzərəsi analiz edilir, fərdi məlumatların təhlükəsizliyinin qanunvericilik və texnoloji aspektlərinə baxılır, pandemiyanın rəqəmsal monitorinqi sistemlərində meydana çıxan yeni kibertəhdidlər diqqətə çatdırılır və qısa təsvir edilir. İnfodemiya ilə mübarizə tədbirləri və bu məsələdə sosial medianın rolu araşdırılır. Nəhayət, evdən iş konsepsiyasının tətbiqi ilə əlaqəli kibertəhlükəsizliyin təmin edilməsi üzrə istifadəçilər və təşkilatlar üçün tövsiyələr və kibertəhlükəsizlik infrastrukturunun modernləşdirilməsi üzrə təkliflər işlənir. Məqalədə sistemləşdirmə, ümumiləşdirmə, təsnifləndirmə və müqayisəli kritik analiz metodları istifadə edilmişdir. Alınmış nəticələrin COVID-19 pandemiyası və postpandemiya dövründə təşkilatlarda kibertəhlükəsizlik sistemlərinin yeni tələblər baxımından təkmilləşdirilməsi işində olduqca faydalı olacağı gözlənilir.
İnformasiya təhlükəsizliyinin aktual problemləri III respublika elmi-praktiki seminarının materialları, 2017
In this work, phases of incident handling and ticketing were analyzed, and data mining methods we... more In this work, phases of incident handling and ticketing were analyzed, and data mining methods were applied to real incident tickets database.
Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri I respublika konfransının materialları, 2017
В статье представлен обзор решений обеспечения безопасности киберфизических систем. Описывается п... more В статье представлен обзор решений обеспечения безопасности киберфизических систем. Описывается принцип работы киберфизической системы. Рассматриваются основные типы атак на киберфизические системы. Приводятся направления будущих исследований. Ключевые слова-киберфизическая система; безопасность киберфизической системы; атаки на киберфизическую систему; защита персональных данных
İnformasiya təhlükəsizliyinin aktual problemləri III respublika elmi-praktiki seminarının materialları, 2017
This article sets out the problems of coordination between standards and information security man... more This article sets out the problems of coordination between standards and information security management systems and management standards and systems of other related areas. For this it identifies standards and systems for managing information security and other related areas, and these control processes are classified according to the PDCA model and are studied. The paper also identifies problems of harmonization of information security management standards with relevant standards, including causeeffect relations and incompatibilities in terminology. Solutions for the transformation of "conflict of interest" into "communication of interests" are provided between ISMS (ISO / IEC-27001) and SMS (ISO / IEC-20000).
İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransının materialları, 2019
The paper discusses the possibilities and prospects of using blockchain technology to protect per... more The paper discusses the possibilities and prospects of using blockchain technology to protect personal data. A brief description of blockchain technology is given and an analysis of existing research is carried out. The possibilities of ensuring the security of personal data using the blockchain technology and the potential problems that arise during this are analyzed.
Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri I respublika konfransının materialları, 2017
International Journal of Research Studies in Computer Science and Engineering, 2016
The establishment of trust in e-government information security is of prominent importance for th... more The establishment of trust in e-government information security is of prominent importance for the full use of the actual potential of e-government. In this article, the trust creation mechanism to e-government information security is analyzed, and the model for the assessment of trust is suggested. The model is based on integration of reputation values calculated according to trust data collected from different sources by taking into consideration the weight coefficients.
Uploads
Papers by Yadigar Imamverdiyev