Məzmuna keç

Kamal Tahir

Vikipediya, azad ensiklopediya
Kamal Tahir
türk. Kemal Tahir
Doğum tarixi 13 mart 1910(1910-03-13)[1][2]
Doğum yeri
Vəfat tarixi 21 aprel 1973(1973-04-21)[1][2] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Təhsili
Fəaliyyəti jurnalist, tərcüməçi, yazıçı, romançı
Fəaliyyət illəri 1941-ci ildən
Əsərlərinin dili Osmanlı türkcəsi[2]
İstiqamət Realizm
İlk əsəri "Göl insanları"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kamal Tahir (əsl adı İsmayıl Kemaləddin Demir; 13 mart 1910[1][2], İstanbul[2]21 aprel 1973[1][2], İstanbul[2]) — türk romançısı, yazıçı və ssenarist. Türk ədəbiyyatında sosial-realizm və tarixi roman janrlarında yazdığı əsərlərlə tanınır.[3][4][5][6]

Kamal Tahir 13 mart 1910-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Atası II Əbdülhəmidin yavərlərindən olan kapitan Tahir bəy, anası isə Osmanlı sarayında Nəilə Sultanının xidmətində çalışan Nuriyə xanım olmuşdur. Saraydakı adı "Hubser" idi. Atasının xidməti səbəbilə ibtidai təhsilini müxtəlif bölgələrdə almışdır. 1923-cü ildə ailənin İstanbula köçməsi ilə "Məktəb-i Sultani"də təhsilini davam etdirmiş, lakin anasının 1926-cı ildə vəfat etməsi və atasının yenidən evlənməsi səbəbilə 10-cu sinifdə təhsilini yarımçıq qoymuşdur. Sonradan İstanbulda vəkil katibliyi, Zonquldakda kömür mədənlərində anbar məmurluğu etmişdir.

Ədəbi və jurnalist fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1932-ci ildə İstanbula qayıdan Kamal Tahir "Vakit", "Haber", "Son Posta" qəzetlərində reportyor, tərcüməçi və korrektor kimi çalışmışdır. 1933-cü ildə Geçit adlı ədəbiyyat jurnalının nəşrində iştirak etmişdir.

Bu dövrdə Nazım Hikmət və digər sosialist aydınlarla tanış olmuş, sol ideyalarla yaxından maraqlanmağa başlamışdır. "Yedigün", "Karikatür", "Varlık", "Ses" jurnallarında, "Karagöz" və "Tan" qəzetlərində çalışmışdır.

İlk əsərləri

[redaktə | vikimətni redaktə et]

Kamal Tahirin ilk nəşri 1936-cı ildə çap olunan "Namiq Kamal üçün deyirlər ki" adlı kitabçadır. 1937-ci ildə ilk romanı "Bir çalğıçının səyahəti" nəşr edilmişdir. Suat Dervişin yarımçıq qalan "Bu roman olan şeylərin romanıdır" adlı əsərinin son hissəsini tamamlamışdır.

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

1937-ci ildə Fatma İrfan Akersinlə evlənmişdir. 1938-ci ildə həbs olunması səbəbilə bu evlilik 1940-cı ildə sona çatmışdır. 1950-ci ildə Səmiha Sıdıqa xanımla evlənmiş, bu evlilik ömrünün sonuna qədər davam etmişdir. Övladı olmamışdır.

Donanma məhkəməsi

[redaktə | vikimətni redaktə et]

Kamal Tahir 13 iyun 1938-ci ildə "hərbi üsyana təhrik" ittihamı ilə həbs olunmuşdur. Bu proses tarixə Donanma işi[7] adı ilə düşmüşdür. Məhkəmə nəticəsində 15 il ağır həbs cəzasına məhkum edilmişdir.

Həbsxana illəri

[redaktə | vikimətni redaktə et]

Çankırı, Çorum, KırşehirMalatya həbsxanalarında ümumilikdə 12 il həbs həyatı yaşamışdır. Bu dövrdə müxtəlif təxəllüslərlə detektiv və yumoristik əsərlər yazmışdır. 1954-cü ilə qədər öz adından istifadə etməsi qadağan olunmuşdur.

Azadlıqdan sonrakı dövr

[redaktə | vikimətni redaktə et]

1950-ci ildə amnistiya ilə azadlığa buraxılmışdır. Bu dövrdə Mayk Hammer seriyasını tərcümə etmiş və sonradan bu seriya üçün yeni romanlar yazmışdır. Ssenari fəaliyyəti ilə də məşğul olmuşdur.[8]

Romançılıq fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Kamal Tahir əsərlərində kənd həyatı, Osmanlı tarixi, dövlət və cəmiyyət münasibətlərini əsas mövzu kimi işləyirdi. "Sağır dərə", "Qatı duman", "Yeddiçinar yaylası", "Kəndin donqarı", "Dövlət ana" kimi əsərləri ilə tanınır.

Düşüncələri

[redaktə | vikimətni redaktə et]

Kamal Tahir marksizmlə Türkiyə cəmiyyətinin tarixi və sosial quruluşu arasındakı uyğunsuzluğu tənqid etmişdir. O, Osmanlı-Türk cəmiyyətinin Qərb modelləri ilə izah edilə bilməyəcəyini müdafiə etmiş, batılılaşmanı süni və üstquruluşçu proses kimi qiymətləndirmişdir.

Kamal Tahir 21 aprel 1973-cü ildə İstanbulda ürək tutmasından vəfat etmişdir. Sahrayıcədid qəbiristanlığında dəfn olunmuşdur.

Romanları: (Türkcə – Azərbaycanca adları)

[redaktə | vikimətni redaktə et]
Orijinal adı (Türkiyə türkcəsi) Azərbaycan dilində adı İl Qeyd
1 Derini Yüzeceğim Dərinə enəcəyəm Mayk Hammer seriyası
2 Ecel Saati Əcəl saatı Mayk Hammer seriyası
3 Kara Nara Qara Nara Mayk Hammer seriyası
4 Kıran Kırana Amansız döyüş Mayk Hammer seriyası
5 Sağırdere Sağır dərə 1955
6 Esir Şehrin İnsanları Əsir şəhərin insanları 1956 Esir Şehir üçlüyü (I)
7 Körduman Qatı duman 1957
8 Rahmet Yolları Kesti Rəhmət yolları kəsdi 1957
9 Yediçınar Yaylası Yeddiçinar yaylağı 1958
10 Köyün Kamburu Kəndin donqarı 1959
11 Esir Şehrin Mahpusu Əsir şəhərin məhbusu 1962 Esir Şehir üçlüyü (II)
12 Kelleci Memet Kəlləçi Məmməd 1962
13 Yorgun Savaşçı Yorğun döyüşçü 1965
14 Bozkırdaki Çekirdek Bozqırdakı toxum 1967
15 Devlet Ana Dövlət ana 1967
16 Kurt Kanunu Qurd qanunu 1969
17 Büyük Mal Böyük mülk 1970
18 Yol Ayrımı Yol ayrıcı 1971 Esir Şehir üçlüyü (III)
19 Karılar Koğuşu Qadınlar kamerası 1974 Ölümündən sonra
20 Namusçular Namusçular 1974 Ölümündən sonra
21 Damağası Həbsxana avtoriteti 1977 Ölümündən sonra
22 Bir Mülkiyet Kalesi Bir mülkiyyət qalası 1977 Ölümündən sonra
23 Hür Şehrin İnsanları Azad şəhərin insanları 1978 Ölümündən sonra
  1. 1 2 3 4 Kemal Tahir // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  2. 1 2 3 4 5 6 7 8 9 https://islamansiklopedisi.org.tr/kemal-tahir.
  3. "Kapadokya Üniversitesi". blog.kapadokya.edu.tr. 1 sentyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2026.
  4. "KEMAL TAHİR". TDV İslâm Ansiklopedisi.
  5. "Türk romanına yerli bir kimlik kazandıran yazar: Kemal Tahir". www.aa.com.tr. 23 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2026.
  6. Müdürlüğü, Kadıköy Belediyesi Bilgi İşlem. "Edebiyatın güçlü ismi: KEMAL TAHİR| Haberler". www.gazetekadikoy.com.tr. 24 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2026.
  7. "1938 Donanma Davası". 1 mart 2016. 4 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2026.
  8. "Kemal Tahir Filmleri ve Dizileri". Sinemalar.
  9. "Arxivlənmiş surət" (PDF) (Türkçe). 24 dekabr 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 yanvar 2026.
  10. "Arxivlənmiş surət". 21 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]