Juice Wrld
| Juice Wrld | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Jarad Anthony Higgins |
| Ləqəbi | JuicetheKidd |
| Doğum tarixi | 2 dekabr 1998[1] |
| Doğum yeri | |
| Vəfat tarixi | 8 dekabr 2019[3][4][…] (21 yaşında) |
| Vəfat səbəbi | Həddindən artıq doza[d][5][2] |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
| Fəaliyyət illəri | 2015–2019 |
| Janrlar | hip-hop[d], alternativ rok, trep, pop rep[d], müasir R&B[d], alternativ hip-hop |
| Albom şirkətləri | Interscope Records[6], Polydor[7] |
|
|
|
Juice Wrld (əsl adı: Cared Entoni Hiqqins; 2 dekabr 1998[1], Çikaqo, İllinoys[2][1][…] – 8 dekabr 2019[3][4][…]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Dörd illik karyerası boyunca o, 2010-cu illərin ortaları və sonları arasında geniş tanınma və populyarlıq qazanan emo rep və SoundCloud rep janrlarının populyarlaşdırılmasında mühüm rol oynamışdır.[8][9]
Juice 2015-ci ildə müstəqil sənətçi kimi musiqi karyerasına başlayıb. 2017-ci ildə Grade A Productions və Interscope Records ilə müqavilə bağlamışdır. "Lucid Dreams" sinqlı sayəsində şöhrət qazanıb. Bu mahnı ABŞ Billboard Hot 100 çartında ikinci pilləyə yüksəlmiş və almaz sertifikat almışdır. Mahnı həmçinin onun 2018-ci ildə çıxan üçqat platin qazanmış "Goodbye & Good Riddance" adlı debüt albomunda da yer alır. Albomun həmçinin digər dörd mahnısı da hit olub: "All Girls Are the Same", "Lean wit Me", "Wasted" və "Armed and Dangerous". Juice 2018-ci ildə Future-nin "Wrld on Drugs" adlı miksteypində iştirak etmişdir. Onun ikinci albomu "Death Race for Love" 2019-cu ildə yayımlanıb. Bu albomda yer alan "Robbery" sinqlı onun Billboard 200 çartında birinci pilləyə yüksələn ilk mahnısı olmuşdur.
Juice Wrld 9 dekabr 2019-cu ildə narkotikin həddindən artıq dozasından həyatını itirib.
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Studiya albomları
- Goodbye & Good Riddance (2018)
- Death Race for Love (2019)
- Legends Never Die (2020)
- Fighting Demons (2021)
- The Party Never Ends (TBA)
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Juice Wrld: Into the Abyss (2021)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Fransa milli kitabxanası. 1537.
- 1 2 3 Sanders H. 'My biggest fear was him overdosing': Juice WRLD's mom speaks out for 1st time, hopes rapper's death is lesson for others (ing.). 2020.
- 1 2 Adejobi A. Rapper Juice Wrld dies aged 21 after seizure at Chicago airport (ing.). London: 2019. ISSN 1469-6215
- 1 2 Juice WRLD, rappeur américain de 21 ans, est mort (fr.). La Voix du Nord, 2019.
- ↑ Juice WRLD Died from Accidental OD of Oxycodone and Codeine (ing.). 2020.
- ↑ Juice WRLD. Interscope Records.
- ↑ JuiceWRLD. Polydor.
- ↑
- "Juice WRLD & Marshmello Rule Hot 100 Songwriters & Producers Charts". Billboard (ingilis). 31 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- Rodriguez, Kiara. "The Legacy of Juice WRLD". Bleu. 7 aprel 2020. 31 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- Cage, Matthew. "JUICE WRLD'S DEATH AT 21 YEARS OLD FOR POSSIBLE OVERDOSE". Somag News. 10 dekabr 2019. 31 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- Carter, Josh. "FINNEAS leads blòkur's Top 5 Songwriters On Spotify list for 2020". Alternative Press. 7 iyul 2021. 31 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ "Juice WRLD, Lil Peep and XXXTentacion are symbols of a scene that trades off tragedy". 13 dekabr 2019. 29 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2023.